Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal oyununu idarə edib.
Sportal.az xəbər verir ki, o, "Olimpiakos"la AEK arasındakı cavab görüşündə ədaləti qoruyub. Ağayevə yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.
Qarşılaşma "Olimpiakos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. AEK ilk görüşdə 3:0 hesablı qalibiyyət əldə etdiyi üçün finala yüksəlib.
Əliyar Ağayev bu matçda 11 futbolçuya sarı vərəqə göstərib. Qarşılaşmanın 70-ci dəqiqəsində AEK-in vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbi ilə ləğv edilib.
saytlarin hazirlanmasi