Legioner həyatı yaşayacaq azərbaycanlının qazanacağı məbləğ bəlli oldu

12:26 - 14 Aprel 2023

Son olaraq Nepalın "Maçindra" klubunda oynamış Nurlan Novruzov bir neçə gün öncə Litvaya yollanıb.

Azərbaycanlı hücumçu Litva aşağı liqasında yarışan "Yonava" ilə müqavilə imzalayıb.

Sportal.az saytına verilən məlumata görə, forvard adıçəkilən klubla bir illik müqavilə imzalayıb. Onun "Yonava"da aylıq qazancı da bəlli olub. Novruzov burada aylıq 1500 avro maaş alacaq.

30 yaşlı forvard “Bakı”nın yetirməsidir və o, karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Səbail”, “Dersimspor”, “Şanlıurfa BB”, “Dinamo-Avto”, “Narva Trans”, “Lalitpur Siti” klublarında çıxış edib. Hücumçu 2014/2015 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub.

Xəbər xətti