"Qarabağ-2"nin məşqi zamanı bədbəxt hadisə baş verib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin əvəzedici komandasının məşqində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. 20 yaşlı futbolçu təcili tibbi yardımla dərhal xəstəxaya çatdırılıb. Gənc oyunçunun həyati təhlükəsi var.
Qeyd edək ki, Şirxan Həsənzadə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.
saytlarin hazirlanmasi