"Partizan"ın və Kabo-verde millisinin üzvü Patrik Andrade Sportal.az saytına açıqlama verib.
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Ağdam komandasında oynayan həmyerlisi Leandro Andrade barədə danıışıb.
O, Leandro hqda xoş fikirlər bildirib: "Leandro çox yaxşı performans göstərir. O, inamlı şəkildə oynayır. Üstəlik, qollarını vurur. Addım-addım irəliləyir, işləyir. Ona görə də, həmyerlim barədə yaxşı sözlər deyə bilərəm. Məncə, Andradenin "Qarabağ"a verəcəyi daha çox şey var. O, komandaya daha çox xeyir verə bilər. Zamanla bunu görəcəyik".
Hazırda "Partizan"da oynayan Patrik 2020-2022-ci illərdə "Qarabağ"ın formasını geyinib. Onun yenidən Azərbaycana qayıdacağı, Ağdam klubunun formasını geyinəcəyi iddia edilir. Futbolçu bu haqda verilən suala cavab vermək istəməyib.
Mirbağırağa
saytlarin hazirlanmasi