İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Tottenhem" Kristian Stellini ilə yollarını ayırıb. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanı mövsümün sonuna kimi Rayan Meyson çalışdıracaq.
Qeyd edək ki, Kristian Stellini 26 mart tarixində Antonio Konte istefaya göndərildikdən sonra "Tottenhem"in baş məşqçisi təyin olunmuşdu.
saytlarin hazirlanmasi