"Lex"in vitse-prezidenti Petr Rutkovski komandanın bu mövsüm avrokuboklardakı çıxışını təhlil edib.
Sportal.az xəbər verir ki, “Interia Sport”a danışan Poznan klubunun rəsmisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı oyunlarını da (1:0, 1:5) xatırlayıb:
"Hər şey Poznanda başladı. Çempionlar Liqasının təsnifat mərhələsinin startında “Qarabağ”a qalib gələrək (1:0) Azərbaycana böyük ümidlərlə yollanmışdıq. Ancaq Bakıda fəlakət baş verdi və “Qarabağ”dan beş qol buraxdıq. Bu, çox üzücü idi. Amma Azərbaycan təmsilçisi ilə oyundan əvvəl onları keçməyin çox çətin olacağını başa düşürdük. Axı, "Qarabağ" Çempionlar Liqasının bu mərhələsində bizə düşə biləcək ən güclü komanda idi. Yalnız intizamlı və ağıllı oyun sayəsində “Qarabağ”ı Poznanda məğlub edə bildik. Təəssüf ki, Bakıda bunu təkrarlaya bilmədik. Niyə? Çünki zədəlilər var idi və komandanı yeni qəbul etmiş məşqçi dəyişdirildi. Amma bəxtimiz də gətirmədi. Axı “Qarabağ”ın sonrakı taleyindən xəbəriniz var. Onlar İsveçrə və Macarıstan çempionlarını nokaut etdi, yalnız pley-off mərhələsində onları Çexiyanın "Viktoriya"sı dayandırdı. “Qarabağ” daha güclü komanda oldu və biz məğlubiyyətlə üzləşdik. Nəticədə Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansını və böyük pul qazanmaq imkanını itirdik. Mən 2015-ci ildən bu yana 8 ildir ki, bu turnirdə iştirak etmək anını gözləyirəm, lakin mən həqiqətən həzz ala bilmədən hər şey bitdi".
Mirbağırağa
saytlarin hazirlanmasi