"Qarabağ"ın və Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı Formula 1 üzrə dünya çempionu, "Red Bull" komandasının üzvü Maks Ferstappenlə görüşüb.
Sportal.az xəbər verir ki, 21 yaşlı forvard bu barədə öz instaqram səhifəsində paylaşım edib. Gənc futbolçu fotonu "çempionla görüşmək və söhbət etmək xoş idi" sözləri ilə paylaşıb.
Qeyd edək ki, niderlandlı pilot Formula 1 yarışlarında iki dəfə dünya çempionu adını qazanıb. O, dünən keçirilən Bakı Qran-prisində ikinci yeri tutub.
saytlarin hazirlanmasi