"Qarabağ" hücumçu Fode Koyta üçün "Trabzonspor"a yenidən təklif göndərib.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ağdam təmsilçisi mövsümün əvvəlindən maraqlandığı 33 yaşlı forvardın keçidini yayda tamamlamağı planlaşdırır. "Trabzonspor" icarə əsasında "Kasımpaşa"da çıxış edən qvineyalı futbolçunu satmaq istəyir.
Qeyd edək ki, Fode Koytanın "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına kimidir. Qvineya millisinin üzvü cari mövsümdə icarə əsasında çıxış etdiyi "Kasımpaşa"nın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi