"Qarabağ"ın istədiyi futbolçunu 300 min avroya transfer etdilər

12:21 - 2 May 2023

"Qarabağ"ın transfer siyahısında yer almış Telmo Arkanju Azərbaycana gələsi olmayıb.

Sportal.az xəbər verir ki, kabe-verdeli oyunçu Portuqaliyada qalıb. Belə ki, 21 yaşlı yarımmüdafiəçi artıq “Vitoriya Gimarayeş”lə anlaşıb. Bunun üçün Primeyra Liqa təmsilçisi “Tondela”ya 300 min avro ödəyib. 

Xatırladaq ki, Arkanju “Qarabağ”ın transfer siyahısında idi və klub onu heyətinə qatmaq üçün yayda cəhd edəcəkdi.
 

Xəbər xətti