"Qarabağ" Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. "Qarabağ"ın 21 yaşlı hücumçusu Musa Qurbanlı Azərbaycan derbisində komandasına kömək edə bilməyəcək. Premyer Liqanın bombardiri cəzalı durumdadır.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması bu gün saat 20:00-da "Bakcell Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi