21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, müvafiq olaraq, FIFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, "Qarabağ" FK-ya, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına FIFA və UEFA adından başsağlığı verilib.
Aprelin 22-də "Qarabağ"ın əvəzedici heyətinin müdafiəçisi Şirxan Həsənzadənin məşq zamanı ürəyi dayanmış və xəstəxanaya yerləşdirilmişdi. Həsənzadə mayın 8-də xəstəxanada vəfat edib.
saytlarin hazirlanmasi