Xorvatiya mətbuatında "Dinamo"nun qarşıdakı mövsüm üçün Çempionlar Liqasının təsnifat mərhələsindəki iştirakı müzakirə edilərkən, müxtəlif turlarda ehtimal olunan əlverişli rəqiblərin adı qeyd olunub ki, onlardan biri də "Qarabağ"dır.
Sportal.az xəbər verir ki, bu ölkənin "Večernji list" qəzeti "Dinamo"nun pley-off mərhələsində qarşılaşa biləcəyi ən uyğun rəqiblərdən birinin "Qarabağ" olduğunu yazıb:
"Dinamo" ikinci təsnifat mərhələsində "Linkoln”la, üçüncü mərhələdə isə “Flora” və ya “Jalqris”lə qarşılaşsa, yaxşı olardı. Bu klub üçün pley-off mərhələsindəki ən uyğun rəqib isə "Qarabağ"dır. Biz istəməzdik ki, “Dinamo” hətta üçüncü mərhələdə belə, ən yaxşı seçim olmayan “Ludoqorets” və ÇSKA(Sofiya) ilə ilk turlarda oynasın, sonra AEK və ya “Panatinaikos”la qarşısına çıxsın. Sonra isə pley-off mərhələsində daha arzuolunmaz Belçika klublarından biri ilə qarşılaşsın. Hər halda, ən uyğun rəqiblər ilk cümlədə qeyd etdiklərimiz olardı".
Mirbağırağa
saytlarin hazirlanmasi