Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, 300 klubun yer aldığı siyahıya yalnız Azərbaycandan yalnız "Qarabağ" daxil edilib.
Aktivində 141 xala malik Ağdam təmsilçisi 62-ci pillədən 67-ci yerə qədər geriləyib. "Qarabağ”dan sonra siyahıda “Sevilya” (140) qərarlaşıb. “Latsio” və “Brügge” isə 141,5 xalla Azərbaycan çempionunu qabaqlayıb.
Aprelin ən yaxşı klublarının siyahısı belədir:
“Real”(Madrid) – 320 xal
“Flamenqo” – 295
“Mançester Siti” – 254