"Qarabağ" Çempionlar Liqasındakı ilk oyununu bu stadionda keçirəcək

10:58 - 15 May 2023

Azərbaycan çempionu “Qarabağ”ın yeni sezon üçün avrokubokların ilkin təsnifat mərhələsinin iki turunu hansı stadionda keçirəcəyi bəlli olub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi çempionat görüşlərini keçirdiyi "Azərsun Arena"da rəqiblərini qəbul edəcək.

Buna səbəb isə "Sabah" və "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə matçından (3:3) sonra Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda planlı təmir işləri aparılmasıdır.

"Qarabağ" ilk dəfə 5000 tamaşaçı tutumuna malik “Azərsun Arena”da avrokubok oyunu keçirmiş olacaq. İyulun sonuna kimi isə Tofiq Bəhramov adına Respublika stadionunun oyunlara hazır olacağı gözlənilir.

Xəbər xətti