"Qarabağ"ın yayda həyata keçirəcəyi yeni transfer çalışmalarına nə qədər büdcə ayırdığı məlum olub.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, cari mövsümü Azərbaycan çempionu kimi bitirən Ağdam klubu 3 legionerin keçidi üçün 5 milyon dollar xərcləməyə hazırdır.
Qurban Qurbanov minimum bu qədər əcnəbi futbolçunun komandaya qoşulmasını istəyir.
Baş məşqçi ona mərkəz müdafiəçi, cinah yarımmüdafiəçisi və hücumçu lazım olması barədə klub rəhbərliyinə raport təqdim edib.
"Köhlən atlılar" son 3 ayda bu yöndə çalışmalarını sürətləndirib.
"Qarabağ"ın xidmətində maraqlı olduğu braziliyalı hücumçu Azərbaycana gəlməkdən imtina edib.
Belə ki, hazırda İspaniyada legioner həyatı yaşayan "sambaçı" Ağdam klubunu son qərarıyla tanış eləyib.
Cənubi amerikalı forvard hələ bir neçə il də bu ölkədə qalmaq istədiyini bildirib.
Adı gizli saxlanılan qolçunun 24 yaşı var. Ötən ildən Sequndada forma geyinir.
Son Azərbaycan çempionu onun transferi üçün məxsus olduğu kluba 1 milyon avro təklif edib.
Braziliyalı Azərbaycanda oynamağa razılaşsaydı, "Qarabağ" onunla 4 illik müqavilə imzalayacaqdı.
saytlarin hazirlanmasi