Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"la növbəti dəfə yoldaşlıq görüşü keçirəcək.
Sportal.az xəbər verir ki, oyun Şuşa şəhərində baş tutacaq. Bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbek məlumat verib:
"Bunun üçün Şuşada stadion inşa olunur. Stadionunun tutumunun, tribunanın önəmi yoxdur. Vacib olan oyunun keçirilməsidir".
Qeyd edək ki, "Qarabağ" "Qalatasaray"la 26 mart tarixində Bakı Olimpiya Stadionunda yoldaşlıq oyunu keçirmişdi. Həmin qarşılaşma "sarı-qırmızılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Mirbağırağa
saytlarin hazirlanmasi