"Lex"in üzvü "Qarabağ"la matç haqda: "Məyusluq olsa da, xoş macəra yaşaya biləcəyimizi anlamışdıq"

15:14 - 19 May 2023

Polşanın "Lex" klubunun müdafiəçisi Pedro Reboşa Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Qarabağ"la (1:0, 1:5) matçlarını xatırlayıb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan portuqaliyalı Ağdam klubuna Bakıda uduzsalar da, özlərinə inamı itirmədiklərini bildirib:

"Çempionlar Liqasında "Qarabağ"la ilk oyundan sonra hiss etdik ki, bu səviyyədə çıxış etmək üçün hər şeyimiz var. "Qarabağ"a qarşı cavab matçından sonra məyusluq və kədər olsa da, avrokuboklarda xoş macəra yaşaya biləcəyimizi anlamışdıq. Pis gün idi, amma davam etməli olduğumuzu anladıq. Qalib gəlməyə başladıq və inam yarandı, bizi gələcək uğurlara inam müşayiət etdi. Onsuz da qrup mərhələsində və pley-off mərhələsində əlbəttə ki, çətin qarşılaşmalar olub, lakin biz, xüsusən də ev oyunlarında bunun öhdəsindən gəlmişdik”.

28 yaşlı müdafiəçi “Moreyrense”, “Genqam”, “Beşikta” və “Pakoş de Ferreyra”da oynadıqdan sonra 2021-ci ildə “Lex”ə keçmişdi.

Xəbər xətti