Premyer Liqa klubu iki məşqçi ilə danışıq aparır

16:53 - 19 May 2023

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike və "Feyenoord"un çalışdırıcısı Arne Slot "Tottenhem"də eyni vəzifəni yerinə yetirməyə əsas namizəddir.

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi hazırda adıçəkilən iki məşqçi ilə danışıq aparır. Enrike hazırda işsizdir.

Premyer Liqa təmsilçisi Slotu baş məşqçi postuna gətirmək üçün Rotterdam klubuna 6 milyon funt-sterlinq ödəməli olacaq. 44 yaşlı mütəxəssis 2021-ci ildə “AZ Alkmaar”dan ayrılaraq “Feyenoord”a keçmişdi. "Tottenhem"də isə Antonio Kontenin ayrılığından sonra baş məşqçi funksiyasını Rayan Meyson yerinə yetirir.

Xəbər xətti