Polşa mətbuatı: "Rakuv" üçün uyğun olmayan rəqiblər "Ferentsvaroş" və "Qarabağ"dır"

13:45 - 20 May 2023

Polşada Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Rakuv"un mümkün rəqibləri müzakirə olunub.

Sportal.az xəbər verir ki, "TVP Sport" Polşa çempionunun ilk mərhələdə "Qarabağ"la qarşılaşmaq istəmədiyini iddia ediblər. Polşalı həmkarlarımız məsələ haqda bunları yazıb:

"Rakuv" üçün birinci mərhələdə uyğun olmayan rəqiblər "Ferentsvaroş" (əmsal 27,000), "Qarabağ" (25.000) və “Slovan” (Slovakiya) (24.500) klublarıdır. Moldova (“Şerif” və ya “Petrokub”) və Bolqarıstandan (“Ludoqorets” və ya ÇSKA) hansı klubların potensial rəqib olması isə məlum deyil. “Rakov”un bəxti gətirsə, əmsalları daha zəif olan komandalara düşəcək".

Xatırladaq ki, “Qarabağ” avrokubokların seçmə mərhələsində Polşa klubları ilə 4 dəfə qarşılaşıb. Ağdam klubu “Visla”, “Piast”, “Legiya” və “Lex” səddini hər dəfə keçməyi bacarmışdı. 

Xəbər xətti