"Bayer" Andrey Lunyovla yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi rusiyalı ilə müqavilə müddətini artırmayıb və ona xidmətlərinə görə təşəkkür edib.
Lunyov Almaniya klubunda iki mövsüm ərzində cəmi üç oyunun iştirakçısı olmuşdu.
Xatırladaq ki, Lunyovun qışda "Qarabağ"a keçidi gündəmdə olsa da, sonda keçid baş tutmamışdı.
saytlarin hazirlanmasi