"Tondela"nın portuqaliyalı vingeri Rafael Barbosa "Qarabağ"ın maraq dairəsindədir.
Sportal.az "Diario de Transferencias"a istinadən xəbər verir ki, portuqaliyalı hazırkı klubu ilə müqaviləni yeniləməyəcək və azad agent olacaq.
Barboza ilə Ağdam klubu ilə yanaşı, Çin klubları da maraqlanır. Ola bilsin ki, cinah oyunçusu "Tondela"nı başqa yerli komanda ilə əvəzləyərək Portuqaliyanı tərk etməsin. 27 yaşlı futbolçu bütün karyerasını Portuqaliyada keçirib.
O, “Boavişta”, “Sportinq B”(Lissabon), “Eştoril”, “Portimonense”, “Uniao Madeyra”, “Pakoş Ferreyra” klublarında oynayıb.
saytlarin hazirlanmasi