"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən tədbirdə jurnalistlərə müsahibə verib. Sportal.az xəbər verir ki, o, komandasının Çempionlar Liqasına hazırlıq planından danışıb.
- Deyəsən, Hamidu Keytanı artıq heyətinizə qatmısız. Onu uzun müddət idi izləyirdiz?
- Deməzdim ki, uzun müddətdir izləyirdik. Siyahımızda var idi.
- Nə vaxtdan siyahınızda idi?
- Dəqiq məlumat verə bilməyəcəm.
- “Qarabağ”ı yayda avrokuboklar sınağı gözləyir. Hansı gözləntiləriniz var? Heyəti gücləndirəcəksiz?
- Çox ciddi turnirdir. Ötən il ilk oyundan pley-off mərhələsinə qədər ciddi rəqiblər düşdü. Çox da maraqlı oyunlarımız oldu. Bu il də Çempionlar Liqasına ciddi hazırlaşmağa məcburuq. Desəm ki, tam düşündüyümüz kimi heyət formalaşdırmışıq, yalan olar. Amma istərdik ki, bir neçə oyunçu dəvət edək. Hər bir halda, əlimizdə olan futbolçulara güvənmişik. Minimum bu futbolçuların performansını yaxşılaşdırmağa çalışmışıq. Onları turnirə tam hazır etməyə çalışırıq. İşlərimiz, planlarımız odur ki, bir neçə yeni oyunçu gətirək. Futbolçularımızın sayının çox olmasına çalışırıq ki, keyfiyyətimiz də daha yuxarı olsun. Əgər düşündüyümüz, danışıq apardıqlarımız futbolçular alınarsa, mütləq heyəti gücləndirmək istəyirik.
- Yay üçün hazırlıq planı bəllidir?
- Demək olar ki, bəllidir. Açıqlama verilib. İyunun 10-dan Bakıda yığışacağıq və 22-də Avstriyaya səfər gözlənilir. Oradakı proqram bizdə tam hazırdır. Oyunların günləri də məlumdur. Onlar da tam bilindikdən sonra ətraflı məlumat veriləcək.
Mirbağırağa
saytlarin hazirlanmasi