28 yaşlı futbolçu karyerası “Oser”, “Havr”, “Sent-Etyen”, “Şambli”, “”Farul”, “Botoşani”, “Santa-Klara” klublarında oynayıb.20-33
“Partizan”ın yarımmüdafiəçisi Patrik Anrade Sportal.az saytına açıqlama verib.
Belqrad klubunun yarımmüdafiəçisi sabiq komandası “Qarabağ”ın Azərbaycan Premyer Liqasında çempionluğu qazanmasını şərh edib. O, mövsümün əvvəlindən Ağdam klubunun qalib olacağına inanırmış: “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Mən “Qarabağ”a inanırdım. Onların çempion olacağını düşünürdüm. Mövsümün gedişində də bu barədə demişdim. Çünki əmin idim ki, komandada olanların hamısı bunu istəyir. Onların çempion olması məni də sevindirdi”.
30 yaşlı kabo-verdeli futbolçu 2022-ci ilin iyul ayında “Qarabağ”dan “Partizan”a keçmişdi. Onun Serbiya nəhəngi ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi