"Qarabağ"la müqaviləsi başa çatan Filip Ozobiç komandanı tərk edəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev sosial şəbəkə hesabında xorvatiyalı yarımmüdafiəçi ilə fotosunu paylaşaraq onunla vidalaşıb:
"Hər şey üçün təşəkkürlər. Səninlə birlikdə oynadığımız üçün çox xoşbəxtik. Sənə uğurlar arzulayıram".
Qeyd edək ki, Filip Ozobiç 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Azərbaycan milli komandasının üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi