"Qarabağ" "Şamaxı"da oynamış futbolçunu toplanışa cəlb edəcək

15:37 - 30 May 2023

Başa çatan mövsümü "Şamaxı"da keçirmiş Nihad Quliyev "Qarabağ"ın düşərgəsinə qayıdacaq.

Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi yayda icarəyə verdiyi yarımmüdafiəçini mövsümöncəsi toplanışa cəlb edəcək. Hətta Quliyev Avstriyaya da aparalıcaq. 21 yaşlı futbolçunun “Qarabağ” bir illik müqaviləsi qüvvədədir.

Yarımmüdafiəçinin 2023/2024 mövsümünə Ağdam klubunda başlayıb-başlamayacağı isə mövsüm başlamamışdan əvvəl dəqiqləşəcək. Premyer Liqa klublarımızın arasında Quliyevin xidmətində maraqlı olan və onu icarəyə götürmək istəyənlər var.
 

Xəbər xətti