Almaniya mətbuatı Qurban Qurbanovdan yazdı: "15 ildir "Qarabağ"a rəhbərlik edir"

11:51 - 3 İyun 2023

Almaniya mətbuatında Avropanın bir klubunda ən uzun iş təcrübəsinə malik olan 10 ən yaxşı baş məşqçilərinin adı qeyd edilib.

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, onların arasında ikinci yerdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yer alıb. Almaniyalı həmkarlarımız Ağdam klubunun çalışdırıcısı haqda bunları yazıb:

"Qurban Qurbanov 15 ildir ki, "Qarabağ"a rəhbərlik edir. Onun rəhbərliyi altında komandanın 563 oyunu da hələ kifayət deyil. Qurbanovun müqaviləsi 2025-ci ilə qədərdir. O, 2017-ci ildə Azərbaycan millisinin çalışdırmağa zaman tapıb və 11 matçda komandanı meydana buraxıb".

Siyahıda həmçinin Dieqo Simeone (“Atletiko”, 2011-ci ildən), Kristian Streyx (“Ayntraxt”, Almaniya; 2011-ci ildən) kimi məşqçilərin də adı var. Ən böyük “uzunömürlü məşqçi” isə 2005-ci ildən Şimali İrlandiyanın "Kruseyders" klubuna rəhbərlik etmiş Stiven Baxterdir.

Xəbər xətti