"Yeni mövsümün hazırlıqlarına "Qarabağ"da başlayacam"

14:51 - 3 İyun 2023

"Şamaxı" barədə danışmaq istəmirəm. Çünki bu klubla artıq yollarımı ayırmışam. Ümumi mövsümün mənim üçün maraqlı keçdiyini deyə bilərəm. Onlara uğurlar arzu edirəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Nihad Quliyev deyib. Müqavilə ilə "Qarabağ"a məxsus olsa da, mövsümün əvvəlindən "Şamaxı"ya icarəyə verilmiş yarımmüdafiəçi yeni sezona Ağdam klubunda başlamaq şanslarını dəyərləndirib. O, "Qarabağ"a indi hazır futbolçu kimi qayıtdığını düşünürsən?" sualını belə cavabıandırıb:

"Bu barədə danışmaq çox tezdir. Hələ üzərimdə çox işləməliyəm ki, nəyəsə nail olum. Yeni mövsümün hazırlıqlarına "Qarabağ"da başlayacam. Əlimdən gələni edəcəm. Amma yeni mövsümdə oynayıb-oynamayacağım barədə bir söz deyə bilmərəm".

Sonda isə Quliyev mövsümün gedişində "Qarabağ"ın məşqçilər korpusunun onunla maraqlandığını deyib: "Şamaxı"da oynadığım vaxtda da "Qarabağ"ın məşqçiləri ilə danışıqlar olurdu. Hətta "Şamaxı" məni komandada saxlamaq istəyəndə də, danışdıq. Yəni həmişə əlaqədəydik, maraqlanırdılar".

Mirbağırağa

Xəbər xətti