“Qarabağ” müdafiəçilərindən daha birini komandada saxlayıb.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubu Rahil Məmmədovla razılıq əldə edib. Adıçəkilən futbolçuya iki illik müqavilə təklif olunub. Tərəflər arasında razılıq əldə edildiyindən Məmmədov qarşıdakı iki ili də “Qarabağ”da keçirəcək.
“Neftçi”nin yetirməsi olan 27 yaşlı müdafiəçi “Səbail”, “Zirə” klublarında da çıxış edib. Xatırladaq ki, "Qarabağ" daha öncə Abbas Hüseynovun da müqavilə müddətini artırmışdı.
saytlarin hazirlanmasi