"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Sportal.az saytına açıqlama verib. O, klubdakı sabiq komanda yoldaşı Ramil Şeydayevin Taylanda yollanaraq, "Buriram Yunayted"lə müqavilə imzalamasını şərh edib. Hüseynov Azərbaycan millisinin forvardının yeni klubunda da uğurlu olacağına inandığını deyib:
"Taylanda getməmişdən əvvəl Ramillə bu haqda danışmışdıq. O, məsləhətlər alırdı. Qərarını fikirləşdikdən sonra verdi. Əslində, ilk növbədə Avropada qalmaq istəyirdi, təklifləri gözdən keçirirdi. Hər halda, sonda Taylanda yollanmağa qərar verdi. Şeydayev çox güclü futbolçduur, "Qarabağ" onu əbəs yerə komandaya gətirməmişdi. Qurban Qurbanov bilirdi ki, Ramilin potensialı yüksəkdir. Komandaya da böyük üstünlük qazandırdı. Demək olar ki, bütün oyunlarda meydana çıxrdı, çoxlu qollar vurdu, bombardir adını da qazandı. İnanıram ki, yeni komandasında da işləri qaydasında gedəcək, hər şey yaxşı alınacaq. Ramilə ancaq uğurlar arzulayırıq, o, bizim qardaşımızdır. Əgər belə oynamağa davam edərsə, milli komandamıza da böyük üstünlük qazandıracaq. Bu vəziyyətdə yalnız ona dəstək olmalıyıq".
Xatırladaq ki, Şeydayev "Buriram Yunayted"lə iki illik müqaviləyə qol çəkib.
Mirbağırağa
saytlarin hazirlanmasi