Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) may ayı üçün dünya klublarının reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, 302 klubun arasında Azərbaycandan "Qarabağ" və "Neftçi" yer alıb. Yeni reytinqə əsasən, Ağdam təmsilçisi dörd pillə geriləyib. Hazırda “Qarabağ” 138,5 xalla 71-ci pillədədir. Azərbaycan çempionu “Ludoqorets”i (136) qabaqlayıb. Paraqvayın “Libertad” (139,5) klubu isə ağdamlılardan bir pillə önə keçib.
"Neftçi" isə 67 xalla 287-ci pillədədir. Bakı klubunun ardınca siyahıda “Bohemians”, “Dinamo” (Tbilisi) və "Norşellann” (hər biri 66,5) qərarlaşıb. May ayının ən yaxşı klubu İspaniyanın “Real” (313) klubudur. “Mançester Siti” (279) ikinci, “Flamenqo” (278) isə üçüncüdür.
saytlarin hazirlanmasi