"Qarabağ"ın 2023/2024 mövsümündə avrokuboklardakı təsnifat mərhələsinin görüşlərini hansı stadionda keçirəcəyi bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubu əvvəlcədən planlaşdırıldığı kimi avrokuboklardakı ilkin təsnifat mərhələsinin oyunlarını "Azərsun Arena"da keçirməyəcək.
Əslində, Azərbaycan çempionu oyunlarını Tofiq Bəhramov stadionunda keçirmək istəyib. Lakin bu stadionda təmir işləri aparıldığından istəkləri baş tutmayıb. Bununla da, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yeni sezon avrokuboklardakı görüşlərini BOS-da keçirmək qərarı verib.
saytlarin hazirlanmasi