Stiven Cerrard Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

17:17 - 13 İyun 2023

"Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard Səudiyyə Ərəbistanında çalışacaq.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Əl İttifaq" klubunun baş məşqçisi təyin olunub. Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Stiven Cerrard məşqçilik karyerası ərzində "Reyncers" və "Aston Villa"nı çalışdırıb.

Xəbər xətti