Niderlandın PSV klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Eyndhoven təmsilçisini bundan sonra Peter Boş çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
PSV-nin baş məşqçisi postunda Rud van Nistelroyu əvəz edən Peter Boş son olaraq "Lion"u çalışdırıb. 59 yaşlı mütəxəssis 2022-ci ilin oktyabrından işsiz idi.
saytlarin hazirlanmasi