"Roma" afrikalı müdafiəçi transfer etdi

18:56 - 13 İyun 2023

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Ayntraxt"la müqaviləsi başa çatan Evan Ndikanı transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Azad agent statusunda olan 23 yaşlı mərkəz müdafiəçisi paytaxt klubu ilə 5 illik müqavilə imzalayacaq. Fil Dişi Sahili millisinin üzvü hazırda agenti ilə birlikdə Romaya gedir. Futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, "Ayntraxt" Evan Ndikanı 2028-ci ilin yayında "Oser"dən transfer etmişdi. Afrikalı arxa xətt oyunçusu son mövsümdə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti