"Barselona"dan ayrılan futbolçu Messinin yanına gedir

19:59 - 13 İyun 2023

"Barselona"dan ayrılan Jordi Alba karyerasını ABŞ-da davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, ispan sol cinah müdafiəçisi Lionel Messinin transfer olduğu "İnter Mayami" ilə danışıqlar aparır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Səudiyyə ərəbistanından da iki təklif alan 34 yaşlı müdafiəçi ABŞ-da oynamağa daha isti yanaşır. İspaniya millisinin üzvü yekun qərarını növbəti həftə verəcək.

Qeyd edək ki, Jordi Alba "Barselona"nın yetirməsidir. Təcrübəli arxa xətt oyunçusu son mövsümdə kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti