Xorvatiya mətbuatı Mahir Emrelinin "Dinamo"dakı vəziyyətini təhlil edib.
Sportal.az xəbər verir ki, "Sporteke novosti" portalı başa çatan mövsümün ikinci yarısını Türkiyənin "Konyaspor" klubunda icarə əsasında keçirən azərbaycanlı futbolçunun Zaqreb klubundakı oynamaq şanslarından yazıblar:
"Konyaspor”da uğursuz olan digər hücum variantı Mahir Emreli də geri dönüb. O, Türkiyədə cəmi iki qol vurdu, az oynadı. Amma Emrelinin Türkiyədəki problemlərini unudub, özünü İqor Bişçana göstərmək şansı var".
45 yaşlı mütəxəssis aprelin 6-da “Dinamo”ya baş məşqçi təyin edilib. Onun müqavilə müddəti bu ayın sonunda bitəcək.
saytlarin hazirlanmasi