"Real" mövsümün transferini açıqladı

17:29 - 14 İyun 2023

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Borussiya"dan Cud Bellingemi transfer edib. Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.

"Real" 20 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Madridlilər gənc oyunçu üçün Dortmund təmsilçisinə 103 milyon avro və əlavə bonuslar ödəyəcək. İngiltərə millisinin üzvü sabah ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, "Borussiya" Cud Bellingemi 2020-ci ilin yayında "Birmingem"dən transfer etmişdi. Yarımmüdafiəçi Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 132 rəsmi matçda 24 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti