"Liverpul"la müqaviləsi başa çatan Ceyms Milner klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi karyerasını "Brayton"da davam etdirəcək. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ceyms Milner "Liverpul"a 2015-ci ilin yayında "Mançester Siti2dən transfer olunmuşdu. İngiltərə millisinin sabiq üzvü son mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi