"Bavariya"nın futbolçusu Lukas Ernandes komandadan ayrılmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi PSJ-də oynamaq istəyir. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Fransa millisinin üzvü Münhen təmsilçisi ilə 2024-cü ilin yayında başa çatan müqaviləsini uzatmaq fikrində deyil. Təcrübəli arxa xətt oyunçusu gələn ilin yayında azad agent statusu ilə Parisə getməyi planlaşdırır.
Qeyd edək ki, "Bavariya" Lukas Ernandesi 2019-cu ilin yayında "Atletiko"dan transfer edib. Fransız oyunçu son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi