"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

19:12 - 14 İyun 2023

"Qarabağ"ın Avstriya toplanışı çərçivəsində yoxlama oyununda üz-üzə gələcək rəqiblərdən biri müəyyənləşib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Legiya" klubu ilə qarşılaşacaq. Bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hazırlıq matçı 1 iyul tarixində baş tutacaq.

"Qarabağ"ın Avstriyakı digər rəqibləri hələ məlum deyil.

Xəbər xətti