Azərbaycanın U-21 yığma komandasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "İnqulets" Ukrayna Premyer Liqasındakı yerini itirib.
Sportal.az xəbər verir ki, Nağıyevin komandası "LNZ Çerkassı" ilə pley-off görüşlərindən məğlub ayrılıb. İlk görüşdə evdə rəqibi ilə 0:0 oynayan "İnqulets" səfərdə 1:2 uduzaraq Premyer Liqadan düşüb.
Bu komanda yeni sezondan birinci divizionda oynayacaq. Nağıyev cəzalı olduğu üçün pley-off görüşlərində iştirak etməyib.