"Lion"la müqaviləsi başa çatan Mussa Dembele karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçunun xidmətində "Qalatasaray" maraqlıdır. Bu barədə "TRT Spor" məlumat yayıb. "Sarı-qırmızılar"ın fransalı hücumçu ilə danışıqları yekunlaşdırmaq üzrə olduğu bildirilir.
Qeyd edək ki, Mussa Dembele "Lion"a 2018-ci ilin yayında "Seltik"dən keçmişdi. Fransa millisinin üzvü son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi