Messi karyerasının ən erkən qolunu vurdu

18:31 - 15 İyun 2023

Lionel Messi Argentina milli komandasındakı karyerasının ən erkən qolunu vurub.

Spprtal.az xəbər verir ki, 35 yaşlı hücumçu Avstraliyaya qarşı keçirilən yoldaşlıq oyununda fərqlənib. "İnter Mayami"nin forvardı 80-ci saniyədə hesabı açıb. Bu, Messinin yığmada 103-cü qolu olub.

Qeyd edək ki, qarşılaşma Argentina seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti