Ançelotti rəhbərlikdən 2 futbolçunun transferini istədi

19:10 - 15 İyun 2023

İspaniyanın "Real" klubu hücum və müdafiə xəttini yeni futbolçularla gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti rəhbərlikdən PSJ-nin müdafiəçisi Əşrəf Hakimi ilə "İnter"in hücumçusu Lautaro Martinesin transfer olunmasını istəyib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. "Kral klubu" hər iki oyunçu üçün klubları ilə danışıqlara başlayacaq.

Əşrəf Hakimi PSJ-yə 2021-ci ilin yayında "İnter"dən transfer olunub. Mərakeşlə sağ cinah müdafiəçisi "Real"ın yetirməsidir. O, 2018-ci ilədək Madrid təmsilçisində çıxış edib. Lautaro Martines isə "İnter"ə 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan keçib.

Xəbər xətti