Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni qapıçı ilı gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 2022-ci ilin yayında "Göztəpə"dən icarəyə götürdüyü İrfan Can Eyribayatın transfer hüququna yiələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İrfan Can Eyribayat son mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 14 matçda qapısında 16 qol görüb. Türk "əlcək sahibi" 4 qarşılaşmada qapını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi