Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Bolonya"da çıxış edən Rikkardo Orsolinidir. Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.
"Fənərbaxça"nın 26 yaşlı vingerə 2 milyon avro maaş, klubuna isə 9 milyon avro təklif etdiyi bildirilir. A Seriyası təmsilçisi isə türklərdən 15 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Bolonya" Rikkardo Orsolinini 2019-cu ilin yayında "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü son mövsümdə ölkə çempionatında meydana çıxdığı 32 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi