"Qrasshopper"də çıxış edən Azərbaycan milli komandasının üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 24 yaşlı forvardın xidmətində "Trabzonspor" maraqlıdır. Bu barədə "gunebakis.com" saytı məlumat yayıb. Qara Dəniz klubu İsveçrə klubu ilə 1 illik müqaviləsi qalan azərbaycanlı hücumçunu yayda heyətinə qatmaq istəyir.
Qeyd edək ki, "Qrasshopper" Renat Dadaşovu 2022-ci ilin yayında "Vulverhempton"dan transfer edib. Azərbaycanlı futbolçu son mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi