AFFA İcraiyyə Komotəsinin üzvü Elmar Məmmədyarov qurumun bu gün baş tutan iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:
- İşğaldan azad olunmuş yerlərdə futbolun inkişafı istiqamətində müzakirələr oldu. Razılığa gəlmişik ki, Füzuli və Cəbrayılda komandalar yaransın. Məcburi köçkünlərin geri qayıtması və ərazilərin minalardan təmizlənməsindən sonra Zəngilan, Laçın, Kəlbəcərdə də futbolun inkişafı üçün xüsusi proqramın hazırlanması tapşırığı verildi.
- Millinin oyunundan gözləntilərin nədir?
- Qalib gələcəyik. İnanıram. Ümidimiz olmasa, oyuna getmərik. Sabah stadionda olacağam. Ümid edirəm, qələbə qazanacağıq.
- "Neftçi" Rusiyada turnirdə iştirak edəcək. Siyasi olaraq bunu necə dəyərləndirirsiniz?
- Bu, yaxşıdır. Rusiya bizimlə qonşu ölkədir. Söhbət futboldan gedir. İdman siyasətdən ayrıdır. "Neftçi" üçün təcrübə baxımından önəmli turnir olacaq. Orada "Zenit", "Fənərbaxça", "Srvena Zvezda" kimi klublar iştirak edəcək. "Neftçi" avrokuboklara hazırlaşır. İnanıram ki, irəliləyiş əldə edib qrup mərhələsinə çıxacaqlar.
- Uzun müddətdir AFFA-da çalışırsız? Fəaliyyətinizi necə dəyərləndirirsiz?
- Öz fəaliyyətimə qiymət verə bilmərəm. Amma burada olmaq mənim üçün çox maraqlıdır. Uşaqlıqdan futbol həvəskarıyam. Ona görə də İcraiyyə Komitəsinin üzvü olmaq maraqlıdır.
- AFFA-da seçkilər olacaq. Namizədliyinizi vermək fikriniz var?
- Ona bacarıq. Əvvəldən demək çox çətindir.
Elçin Əlixan
saytlarin hazirlanmasi