Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Dinamo"nun yay toplanışı üçün Zaqrebə yollanacağı tarix bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu AVRO-2024-ün seçmə mərhələsinin Estoniya ilə (17 iyun) oyunu ilə əlaqədar bir az daha istirahət edəcək. Məhz bundan sonra, daha dəqiq desək, iyunun 27-də Emreli Xorvatiyaya qayıtmalı olacaq.
2026-cı il oyunun 30-na qədər "Dinamo" ilə müqaviləsi qüvvədə olan Mahir başa çatan mövsümü "Konyaspor"da başa vurub. O, qışda "Dinamo"dan Superliqa təmsilçisinə icarəyə yollanmışdı.