"Azərbaycanın ən yaxşı futbolçularının "Qarabağ"da oynamasına təəccüblənmirəm"

17:50 - 17 İyun 2023

“Neftçi”nin sabiq müdafiəçisi Dmitri Kruqlov bu gün Bakıda AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb. Sportal.az xəbər verr ki, Estoniyanın “ERR” radiosuna danışan məşqçi ölkəmizdəki karyerasını da xatırlayıb.

- Bakıda keçiriləcək matçın favoriti hansı komandadır?

- Estoniya millisinin itkilərini nəzərə almaq lazımdır. İlk növbədə Sergey Zenyov və Yona Tammın yoxluğunu qeyd edəcəm. Ev sahibi müəyyən qədər favoritdir. Nəzər almaq lazımdır ki, Azərbaycan öz meydanında oynayır. Onlar bu cür havaya öyrəşiblər. Prinsipcə, Azərbaycan yığması ev komandasıdır. Düşünürəm ki, onlar az da olsa, üstünlük əldə edəcəklər.

- Azərbaycandakı karyeranızla bağlı hansı xatirələriniz qalıb?

- Təbii ki, yalnız xoş xatirələr qalıb. Yaxşı, qonaqpərvər ölkədir. Futbolu çox sevən azarkeşlərə sahibdirlər. Şübhə etmirəm ki, bu gün komandalarını dəstəkləməyə və onu irəliyə səsləməyə çalışacaqlar. Hər mənada isti olacaq - həm hava, həm də tribunalara dəstək baxımından.

- Azərbaycan millisini də başa çatan mövsümdə avrokuboklarda “Qarabağ”ın uğurlarında əməyi olan futbolçular təmsil edir. Onlarla tanışlığın var?

- Mən Maksim Medvedevi tanıyıram. Amma onun klubla müqavilə müddətini uzadıb-uzatmadığını bilmirəm. Azərbaycanda oynadığım vaxtdan xeyli vaxt keçib. Əsasən, vaxtilə yollarımın kəsişdiyi insanların hamısı artıq veterandır. Amma "Qarabağ"ı və onun seçdiyi yolu çox yaxşı xatırlayıram. Onlar ardıcıl olaraq avrokubokların qrup mərhələsinə yüksələn Azərbaycan komandasıdır. Bu da futbollarına böyük təsir göstərib. İndi haqlı olaraq ölkənin liderlərindən biridirlər. Hazırda düşünürəm ki, "Qarabağ" ölkəsinin ən güclü komandasıdır. Ölkənin ən yaxşı futbolçularının "Qarabağ"da oynamasına təəccüblənmirəm.

- 2013-cü ildə Estoniya yoldaşlıq görüşündə Azərbaycanı evdə 2:1 hesabı ilə məğlub etmişdi. Həmin görüşü xatırlayırsınız?

- O vaxtlar oynadığımı xatırlayıram. Amma heç bir müqayisə aparmazdım. Sonra bu yoldaşlıq görüşü oldu, evdə oynadıq, üstəlik noyabrda idi. Şənbə günü Bakıda hər şey başqa cür olacaq. Matçın əhəmiyyəti xal qazanmaq istəyir və hava da fərqlidir.

- Bukmekerlər hesab edirlər ki, Estoniya millisi Bakıda qol vurmayacaq. Bu haqda nə deyəcəksən?

- Sergey Zenyovun yoxluğu komandamız üçün böyük itkidir. Amma Estoniya millisinin hücum potensialına inanıram. Bildiyimə görə, Rauno Sappinen hazırda yaxşı formadadır, təcrübəli Henri Anier var. Erik Sorqanın hazırda hansı vəziyyətdə olduğunu bilmirəm, amma düşünürəm ki, səfərdə qolumuzu vurmalıyıq. Həqiqətən ümidvaram ki, bukmeker kontorları yenə səhv etmiş olacaqlar.

Mirbağırağa
 

Xəbər xətti